Bu Layihəmizlə Siz inşa edəcəyiniz hündür mərtəbəli binaların xüsusi sərfiyyatında, 1 ci dərəcəli elektrik enerjisi tələbatı olan sahələrdə elektrik enerjisini xərclərinizə qənaət edəcək Günəş enerjisi sistemlərinin qurulmasını təklif edirik. Bu sistemləri qurmaqla Sizin mənzil satışınıza ciddi təsir edəcək amil olacağına inanırıq. Öncədə bildiridiyimiz kimi, bu sistemlər yalnız boş sahələrdə, böyük ərazilərdə və ya fərdi yaşayış evlərinin damında quraşdrımaqla bitmir. Həmçinin hündür mərtəbəli yaşayış və ya qeyri-yaşayış binalarında da quraşdırılması mümknüdür. Bu sistemləri binalarda üç tipdə qurşadırmaq olar. Binalarda On-Grid sistemin quraşdırılması məqsədə uyğundur (şəbəkə ilə paralel qoşulan). Qeyd üçün bildirmək istərdik ki, yaxın zamanlarda Azərbaycanda bu sahəyə aid qanun layihəsi qəbul edilərsə, o zaman müştərinin quraşdırımış olduğu sistem vasitəsilə istehsal etdiyi artıq elektrik enerjisini şəbəkəyə satmaq imkanıda olacaq.
Birinci tip olaraq binaların damında quraşdırılmasını təklif edirik. Bu sistemlə Günəş Elektrik stansiyasının çıxış xətti bir başa mərkəzi paylaıyıcı qurğuya birləşdirilir və bununla Siz birinci dərəcəli elektrik tələbatınızı ödəyə, enerji xərclərinizə qənaət edə bilərsiniz .
İkinci tip olaraq binaların və ya qeyri-yaşayış sahələrinin fasadlarında quraşdırılmasını təklif edirik. Bu tip quraşdırma ilə binanın və ya qeyri-yaşayış sahəsinin xüsusi göz oxşayan görüntüsü olur. Bu sistemlə Günəş Elektrik stansiyasının çıxış xətti bir başa mərkəzi paylaıyıcı qurğuya birləşidirilir və bununla Siz birinci dərəcəli elektrik tələbatınızı ödəyə, enerji xərclərinizə qənaət edə bilərsiniz .
Üçüncü tip olaraq binalarda hər bir yaşayış mənzilinin eyvanında (balkonunda) günəş paneli quraşdırılmasını təklif edirik. Bu üsulla hər bir mənzilin ortalama günlük 2000 Watt/saat elektrik enerjisi istehlakını təmin edəcək. Bu tip sistem quraşdırmaqla Siz inşa etdiyiniz hündür mərtəbəli binalarada mənzil satışınızı ciddi şəkildə sürətləndirə biləcəksiniz.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Texnoloji Həllər!