Elektrik enerjisinin ölkədaxili tarifləri
№ |
Mal və xidmətlərin adı |
Tariflər (ƏDV ilə, qəpik/kVts) |
I |
II |
III |
1. |
İstehsalçıların topdansatışı |
|
1.1. |
Kiçik su elektrik stansiyaları üzrə |
7,1 |
1.2. |
Külək elektrik stansiyaları üzrə |
7,3 |
1.3. |
Günəş və digər bərpa olunan mənbələr üzrə |
8,5 |
1.4. |
Ənənəvi mənbələr üzrə |
6,2 |
1.5. |
“Azərenerji” ASC üzrə |
6,2 |
2. |
Elektrik enerjisinin ötürülməsi |
1,3 |
3. |
Elektrik enerjisinin təchizatı |
|
3.1. |
Əhali |
|
3.1.1. |
aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün |
8,4 |
3.1.2. |
aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün |
10,0 |
3.1.3. |
aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün |
15,0 |
3.2. |
Qeyri-əhali |
|
3.2.1. |
Sənaye və kənd təsərrüfatı |
10,6 |
3.2.2. |
Digər (o cümlədən, avtomobillərə elektrik enerjisinin satışını həyata keçirən elektrik doldurma məntəqələri) |
12,5 |
3.3 |
Birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi və ferrosilisium istehsalı sahəsi |
|
3.3.1. |
Gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) |
7,0 |
3.3.2. |
Gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər) |
3,4 |
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının
2024-cü il 29 dekabr tarixli
19 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib
İstehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.
Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.
Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:
- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;
- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;
- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;
- Orta gərginlik üzrə 170 manat/kVt.
Yeni tənzimləməyə əsasən məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir.
Həmçinin yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76% azalır.
3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.
Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaqdır.