Gofar ENV enerji doldurma stansiyalarında nəqliyyat vasitələrinizin tez, təhlükəsiz və elektrik sisteminə ziyan vurmadan şarj edərək yolunuza davam edə bilərsiniz. Cənub bölgəsinə səfər zamanı Salyan gediş və dönüşdə , Masallı gediş və dönüşdə dayan dincəllərdə xidmətdən istifadə edə bilərsiniz.
Şirkətimiz daima bərpa olunanenerji sektorunda yeni texnologiyaları araşdırır və ölkə ərazsisində tətbiq edilməsində maraqlıdır. İstanbulda keçirilən SOLAREX İSTANBUL sərgidə Texnoland şirkətinin əməkdaşları sərgidə iştirak etmiş və bir sıra şirkətlərlə işgüzar görüşlər keçirilmişdir. Sərgidə innovativ texnologiyalar ilə tanış olundu onlar barədə bir sıra məlumatlra toplandı.
Fevralın 22-də müxtəlif dövlət qurumları, beynəlxalq maliyyə institutları, özəl sektor təmsilçiləri və müstəqil ekspertlərin iştirakı ilə “Binalar üçün Milli Renovasiya Proqramının hazırlanması məqsədilə enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri” mövzusunda seminar keçirilib. Bu seminarda təşkilatçıların dəvəti ilə Texnoland MMC-nin nümayəndəsi iştirak etmişdir.
Tədbir Avropa İttifaqının Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsi çərçivəsində təşkil olunub.
Seminarda açılış nitqi ilə çıxış edən Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı son 3 il ərzində Azərbaycanda enerji səmərəliliyi sahəsində müvafiq hüquqi və tənzimləyici çərçivənin təsdiq olunduğunu qeyd edib. Bildirilib ki, ölkənin enerji istehlakında əsas paya malik olan binalarda enerjiyə qənaətin təmin edilməsi məqsədilə “Özəl və ictimai binalar üçün Milli Renovasiya Proqramı”nın hazırlanması Azərbaycan Respublikasının 2022-2026-cı il üçün sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında nəzərdə tutulub. Hazırda binalarda enerji istehlakının qiymətləndirməsi aparılmaqla müvafiq tədbirləri özündə əks etdirən təkliflərin hazırlanmaqda olduğu vurğulanıb. Milli Renovasiya Proqramının enerji resurslarımızdan səmərəli istifadə ilə yanaşı iqlim dəyişmələrinin qarşısını almaq məqsədilə beynəlxalq səviyyədə götürdüyümüz öhdəliklərə verəcəyi töhfələrdən bəhs edilib.
Daha ətraflı: https://minenergy.gov.az/az/xeberler-arxivi/00180?fbclid=IwAR3ccZ7hPUQG4j305rXIYS5pIfM8w3YiJqwVcbAIaE5wlRRNyjApKb6PoeM